22 Sentyabr 2019
21 Sentyabr 2019
50 milyon mənimsəyən sabiq millət vəkili Ali Məhkəməyə müraciət etdi
50 milyon mənimsəyən sabiq millət vəkili Ali Məhkəməyə müraciət etdi CƏMİYYƏT 18:45 2019-06-12

Sabiq millət vəkili Dünyamin Xəlilov Ali Məhkəməyə müraciət edib. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, sabiq deputatın məhkəməyə ünvanladığı kassasiya şikayətinə hakim Hafiz Nəsibov baxacaq. Məhkəmənin vaxtı hələlik məlum deyil. 

Qeyd edək ki, D.Xəlilov və onunla birgə həbs edilən şəxslər ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Onlar 2016-cı ilin fevral ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 13 ildən 12 il 9 aya endirib.