İmişli rayonunda ümumi sahəsi 64 kv.m olan birmərtəbəli evdə yanğın olub.

Unikal.org xəbər verir ki, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 34 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.