26 İyun 2019
25 İyun 2019
Koçaryan Paşinyana qarşı qaldırdığı iddianı geri götürdü
Koçaryan Paşinyana qarşı qaldırdığı iddianı geri götürdü DÜNYA 20:24 2019-06-12

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri baş nazir Nikol Paşinyana qarşı qaldırdıqları şərəf və ləyaqətin alçaldıması ilə bağlı ittihamı geri götürüblər.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, vəkillər qarşı tərəfin izahatı ilə razı olduqlarını və iddianın səbəb olduğu N.Paşinyanın sonuncu bəyanatının R.Koçaryana aid edilmədiyini bildiriblər.

Qeyd edək ki, çıxışlarından birində N.Paşinyan "sabiq prezidentlər cinayətləri təşkil etməkdə ittiham olunurlarsa, onların toxunulmazlığı barədə danışıla bilməz" demişdi. Bundan sonra, R.Koçaryan şərəf və ləyaqətinin alçaldılması ilə bağlı baş nazirə qarşı iddia qaldırmışdı.