22 Sentyabr 2019
21 Sentyabr 2019
Yağış İstanbulu yudu, apardı - Video
Yağış İstanbulu yudu, apardı -Video DÜNYA 21:23 2019-06-12

İstanbulun Pendik rayonunda güclü yağış nəticəsində məktəblərdən birinin zirzəmisini və birinci mərtəbəsini su basıb.

Unikal.org xəbər verir ki, bununla əlaqədar olaraq məktəbdən uşaqlar təxliyə edilib.

Bundan başqa, təhlükəsizlik məqsədilə bölgədəki uşaq bağçaları da təxliyə olunub. Bir sıra mağaza və müəssisələri də su basdığı deyilir.

Yağışın günün sonunadək yağacağı proqnozlaşdırılır.Xatırladaq ki, bir neçə gün əvvəl paytaxt Ankarada 3 nəfər şiddətli yağışın törətdiyi daşqının qurbanı olmuşdu.