"Kədərimi heç vaxt tamaşaçıya bildirməmişəm, istəməmişəm də! Hər insanın öz problemi var, hər insanın da öz dərdi var. Və mən heç vaxt istəməmişəm ki, kiməsə dərdimi açım danışım. İçimdə-içimdə saxlamışam, amma gülüşü insanlara bəxş etmişəm. teatrın maskası var da - bir üzü kədər, bir üzü gülür. Sənət adamları ondandır".

Unikal.org milli.Az-a istinadən  xəbər verir ki, bunu əməkdar artist Çingiz Əhmədov "Şou ATV"nin efirində deyib.Məşhur aktyor sənət adamlarının kədərlərini hər zaman tamaşaçıdan gülüşləri vasitəsi ilə gizlətdiklərindən danışarkən mərhum xalq artisti Nəsibə Zeynalovanın başına gələn bir faciəvi olaydan sitat çəkib:

"Təsəvvür edin, Nəsibə xanımın anası rəhmətə gedir. O vaxt "Qayınana" tamaşası gedirdi. Mənim həmin vaxt 5 yaşım var idi. Nəsibə xanım tamaşanı oynayır, çıxır kulisdə hönkür-hönkür ağlayır. Meyit evin içindədir!".