Saatlı rayonunda yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun 64-cü km-də, Saatlının Potubəyli kəndindən keçən hissəsində olub.

"Range Rover" markalı minik avtomobili qəza zamanı iki baş iribuynuzlu heyvanı vuraraq öldürüb, avtomobil isə yararsız hala düşüb.

Fakt araşdırılır.