26 İyun 2019
25 İyun 2019
Goranboy sakinləri Mingəçevirdə yol qəzasında yaralandılar
Goranboy sakinləri Mingəçevirdə yol qəzasında yaralandılar HADİSƏ 23:28 2019-06-12

Mingəçevirdə motosikletlə avtomobilin toqquşması nəticəsində üç Goranboy sakini yaralanıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Asan Xidmət Mərkəzinin yaxınlığında baş verib.

”Muravey” markalı motosiklet markası hələlik məlum olmayan avtomobillə toqquşub. Qəza nəticəsində motosikletdə olan üç nəfər Goranboy sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olmaması səbəbindən hələlik kimlikləri tam müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.