Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 30 yaşlı yerli sakin Zamiq Həsənov rayonun Xarxar kəndində hələ ki, məlum olmayan şəraitdə baş vermiş mübahisə zəminində göz nahiyəsindən bıçaq xəsarəti alıb.

O, tanışları tərəfindən öncə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.