22 Sentyabr 2019
21 Sentyabr 2019
Bakıda parkda daha bir uşağı it dişlədi - Fotolar
Bakıda parkda daha bir uşağı it dişlədi -Fotolar HADİSƏ 00:21 2019-06-13

Paytaxt ərazisində daha bir uşağa it hücum edib.

Unikal.org "report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında olub.

İtin hücumuna məruz qalan uşaq "Publika.az" xəbər portalının əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır. Jurnalist "Report"a bildirib ki, övladına hücum edən itin “ağızlığı” olmayıb:

“Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda, itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz. Fotodan da göründüyü kimi itin “ağızlığı” yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.

“Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik”, - deyə o bildirib.


  • Bakıda parkda daha bir uşağı it dişlədi -Fotolar
  • Bakıda parkda daha bir uşağı it dişlədi -Fotolar
  • Bakıda parkda daha bir uşağı it dişlədi -Fotolar