Füzuli rayonunda 2,5 ha biçilməmiş taxıl sahəsi yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Həmçinin Samux rayonunun Lək kəndində isə 10 ha biçilmiş və 2 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.