13 Noyabr 2019
12 Noyabr 2019
Qubada əxlaqsızlıq yuvaları təşkil edən şəxslərin hökmü ləğv edildi
Qubada əxlaqsızlıq yuvaları təşkil edən şəxslərin hökmüləğv edildi HADİSƏ 11:38 2019-06-13

Əxlaqsızlıq yuvalarının təşkilində təqsirləndirilən Şahin Səfərov və Səid Cəlilovun barəsində olan hökmdən olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org xəbər verir ki, Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, hökm ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. 

İttiham aktına əsasən, əxlaqsızlıq yuvası təşkil etmək məqsədi ilə Ş.Səfərov bir qrup şəxslə qabaqcadan əlbir olub. Belə ki, o, tanışları Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla 2017-ci ilin aprelində Şıxbaba Quliyevə məxsus, Quba-Bakı avtomobil yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində “Araz” adlanan kafeni şifahi razılıq əsasında aylıq 300 manat müqabilində icarəyə götürüb. 
Daha sonra fahişəliklə məşğul olmaq üçün oradakı otaqlara çarpayı qoyub, yararlı vəziyyətə gətirib. Dəstənin digər üzvləri Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla birlikdə oranı idarə edib, dekabrın 2-dək əxlaqsız yuvası kimi saxlayıb.

Bu müddət ərzində bir neçə qadın müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə görüşüblər.

Həmin ilin dekabrın 2-də Quba rayon sakini Tərlan Qəmbərov kəndin içində əxlaqsızlıq yuvası təşkil olunmasına etirazla “Araz” kafesini yandırıb, bundan sonra kafe fəaliyyətini dayandırıb.

“Araz” kafesi yandırıldıqdan sonra Şahin Səfərov dəstənin digər üzvləri ilə birlikdə başqa bir kafeni eyni məqsədlə icarəyə götürüb. Şahin Quba rayonunun Vəlvələ kəndi ərazisində, “Bakı” adlanan kafenin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayıb və 2017-ci il dekabrın 7-dən həmin obyekti işlətməyə başlayıb.
Bir qədər keçəndən sonra Kamal Xanmədov Quba rayonunun Qəçrəş kəndi ərazisindəki “Dostluq” kafesində intihar edib. Onun intiharı ilə bağlı aparılmış istintaq tədbirləri nəticəsində “Bakı”da yaradılmış əxlaqsızlıq yuvasının fəaliyyəti dayandırılıb.

İstintaq zamanı adı işdə hallanan şəxslərdən yalnız Ş.Səfərov və S.Cəlilovun barəsində cinayət işi başlanıb.

Quba rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək, onlara şərti cəza verilib. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi prokurorun protestini təmin etməyib. Prokuror daha sonra Ali Məhkəməyə müraciət edib.