Ötən mövsüm "Barselona"dan "Bakşehir"ə icarəyə verilən   futbolçu Arda Turanla bağlı İspaniya mətbuatı daha bir iddia ortaya atıb. 

Unikal.org xəbər verir ki, Arda Turan "Qalatasaray"a qayıdır. 

Bildirilir ki, Arda Turan Fatih Terim ilə yaşadığı gərginliyi aradan qaldırıb və "evinə" qayıtmaq istədiyini bildirib. "Barselona"nın Ardaya görə transfer bədəli tələb etmədiyi vurğulanıb. Ancaq 2020-ci ilə qədər icarə müqaviləsinin olduğu "Başakşehir" isə Arda üçün"Qalatasaray"dan bir miqdar pul istəyib.