Azərbaycanda 23 yaşlı iki uşaq anası başqa şəxsə qoşularaq evdən qaçıb.
Unikal.org ölkə.az-a istinadən əldə etdiyi məlumata görə, hadisə Samux rayonu Qarayeri qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Rüstəmova Səmayə Əvəz qızı iki gündür övladlarını da ataraq evdən gedib.

Qəsəbə sakinləri bildirir ki, qadın həyat yoldaşından gizlin mobil telefon işlədirmiş:

"Qadın yoldaşından xəbərsiz telefon işlədirmiş. Sonradan məsələnin üstü açılıb və məlum olub ki, WhatsApp-da başqa kişilərlə yazışır. Ailə ehtimal edir ki, Səmayə həmin kişilərdən birinə qoşulub qaçıb".
Onu da öyrəndik ki, Rüstəmovanın həyat yoldaşı artıq məhkəməyə boşanmaq üçün müraciət edib.