Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Unikal.org xəbər verir ki, dövlət himninin səslənməsi ilə başlayan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkilləri Hüseynbala Mirələmov, Sashib Alıyev, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən bəhs edən filmi maraqla izlədilər. Sonra çıxış edən ADNSU-nun rektoru, professor M.Babanlı 15 iyun Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışaraq vurğuladı ki, Azərbaycan xalqının qurtuluşu əslində ulu öndər Heydər Əliyevin 1969-cu Azərbaycan SSR-ə rəhbərlik etdiyi vaxtdan başlayıb. Həmin zamandan etibarən Azərbaycan dövləti imperiya tərkibində iqtisadi baxımdan geridə qalmış dövlət səviyyəsindən gücülü aqrar-sənaye ölkəsi pilləsinə qədər yüksəlib. Eyni zamanda, Azərbaycanda elm, mədəniyyət, səhiyyə və bir çox səhələr inkişaf edib. Məhs, ulu öndərin qurucusu olduğu müasir Azərbaycan dövlətinin təməl prinsipləri o zaman yaradılıb.

Rektor M.Babanlı əlavə etdi ki, ümummilli lider Heydər Əliyevin ictima-siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqının maraqlarına, Azərbaycan dövlətinin inkişafına xidmət edib. 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə isə ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etməklə yanaşı, dövlət quruculuğu prosesinin yeni nümunəsini yaratdı, müasir, demokratik və böyük güclərin hesablaşacağı sarsılmaz  müasir Azərbayacan dövlətinin əsasını qoydu. 

Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirdə çıxış edən deputatlar Hüseynbala Mirələmov, Sahib Alıyev ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyətindən, Azərbaycanın müstəqillik qazanması və inkişafı naminə apardığı gərgin mücadilədən söz açıblar. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, nümunəvi vətəndaşlıq mövqeyi və xalqımız qarşısındakı xidmətləri hər zaman böyük ehtiramla yad edələcək, onu adı, qurucusu olduğu müasir Azərbaycan dövləti daimi yaşayacaq, inkişaf edəcək.