Göygöl rayonunda yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. 

Mikroavtobusun idarəetmədən çıxaraq məktəb binasına çırpılması nəticəsində xeyli sayda sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.