ABŞ-ın məşhur aktyoru Cim Makmullan 83 yaşında həyatını itirib.

Unikal.org  “Lenta.ru” portalına istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib. Bildirilib ki, amerikalı aktyorun vəziyyəti son günlər ağırlaşıb. Həkimlərin səyinə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Cim Makmullanın ölümünə səbəb baş nahiyyəsindəki problemlər göstərilib.

Qeyd edək ki, Cim Makmullan 1936-cı ildə Nyu-Yorkda anadan olub. 1992-ci ildə o, “Santa Barbara” serialına dəvət alıb. Məhz bu serialda oynadığı rol onu daha da məşhurlaşdırıb. Ardınca isə aktyor ”Sürətli eniş”, “Dallas” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.