Ucar rayonunda "KİA" markalı, 90-UM-966 dövlət qeydiyyat nişanlı minik avtomobili aşıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qaradağlı kəndindən keçən hissəsində baş verib.

"KİA" markalı avtomobilin sürücüsu (şəxsiyyəti dəqiqləşdirilir -red) Gəncə istqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər yüngül xəsarət alıblar.

Fakt araşdırılır.