Abşeronda 1 nəfərin ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan dairəsində qeydə alınıb.

Belə ki, avtomobil 25 yaşlı oğlanı və 24-25 yaşlı qızı vurub. Qız aldığı xəsarətdən hadisə yerində ölüb. Oğlan isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.