Bu gecə Bakının Sabunçu rayonunda silahlı insident olub.

Unikal.org xəbər verir verir ki, hadisə Bakıxanov qəsəbəsində törədilib. Silahlı insident zamanı aşağı ətraflarından və qarın nahiyəsindən güllələnən Məmmədov Ramiz Hümbət oğlu xəstəxanada dünyasını dəyişib. Silahlı şəxs ona lüləsi kəsilmiş ov silahından ("Obrez") atəş açıb. Qətl mərhumun yeznəsi Məmmədov Ramiz Hümbət oğlu tərəfindən törədilib. 

APA-nın məlumatına görə, qətli törətməkdə şübhəli bilinən R.Həsənov "Hozu" ləqəbi ilə tanınırmış. "Hozu" ləqəbli Rauf Həsənov Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon Prokurorluğuna təhvil verilib.Mərhum R.Məmmədovun isə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

Faktla əlaqədar Sabunçu polisi və Prokurorluğu əməliyyat-axtarış işlərinə başlayıb.