Space Tv-də Amil Xəlilin «Gəl Dərdini Danış» layihəsində növbəti müəmmalı ölüm hadisəsi işıqlandırlıb.

Unikal.org xəbər verir ki. bir neçə ay əvvəl asılı olaraq tapılan Nəsibənin valideynləri ölüm hadisəsində mərhumənin əri Rühəddindən şüpələnirlər. Onlar iddia edir ki, Nəsibə hər gün döyülürdü. Hətta asılı tapılan zaman onun bədənində döyülmə faktı ekspert tərəfindən də təsdiqlənib. Nəsibənin atası aidiyyatı qrumlardan bu işə həssas yanaşmasını xahiş edib. Amil Xəlilə açıqlama verən qohumlar Nəsibənin özünə heç vaxt qəst etməyəcəyini əminliklə söyləyiblər. 
 
Qeyd edək ki, 3 uşaq anası olan Nəsibə asılı vəziyyətdə həyətdə ki, tövlədən tapılıb. Bu gün (14 iyun) Space Tv-də saat 15:25 də, Nəsibənin əri Rühəddin baş verənlərə aydınlıq gətirəcək.