17 Oktyabr 2019
BNA-da Qurtuluş Günü qeyd olundu - Fotolar
BNA-da Qurtuluş Günü qeyd olundu -Fotolar CƏMİYYƏT 19:27 2019-06-14

Bakı Nəqliyyat Agentliyində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

BNA-dan Unikal.org-a verilən məlumata görə,  əvvəlcə agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və Yeni Azərbacan Partiyası Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyaraq ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Milli Qurtuluş Gününün müasir dövlətçilik tarixi baxımından önəmini qeyd etdi. Ölkəmizin bugünkü tərəqqisinin və gələcək inkişafının Ulu öndər Heydər Əliyevin tarixi qayıdışından qaynaqlandığını vurğuladı. İdarə Heyətinin sədri bu möhtəşəm qayıdışın Azərbaycan xalqının istəyinin və iradəsinin parlaq ifadəsi olduğunu diqqətə çatdırdı. İdarə Heyətinin sədri ulu öndər Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsinin ölkəmizin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət etdiyini xatırlatdı. Bildirdi ki, şəhər nəqliyyatının, xüsusən də ictimai nəqliyyat infrastrukturunun müasirləşdirilməsi də bu siyasətin məntiqi davamıdır. 

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev isə çıxış edərək, Ulu öndər Heydər Əliyevin çətin zamanlarda xalqının xilaskarı olduğunu və dahi şəxsiyyətin apardığı uğurlu siyasət nəticəsində hazırda Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyini vurğuladı. Qeyd etdi ki, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin tərəqqisində əvəzedilməz rol oynayır.

Tədbirdə Bakı Nəqliyyat Agentliyinin Yeni Azərbaycan Partiyasına üzv olan bir sıra əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib. Agentliyin şöbə müdiri Orxan Süleymanov isə təşəkkürnamə ilə təltif edilib. Orxan Süleymanov 10-12 may tarixlərində Ukraynanın Odessa şəhərində Goju-Ryu Karate idman növü üzrə ikinci Dünya Kubokununda qızıl medal qazanaraq ölkəmizin idman şərəfini layiqincə qoruyub. Həmçinin, idmana və idmançılara verdiyi dəstəyə görə WKC növləri üzrə Karate-Do Federasiyası tərəfindən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimliyə Fəxri Fərman təqdim edilib.


  • BNA-da Qurtuluş Günü qeyd olundu -Fotolar
  • BNA-da Qurtuluş Günü qeyd olundu -Fotolar
  • BNA-da Qurtuluş Günü qeyd olundu -Fotolar
  • BNA-da Qurtuluş Günü qeyd olundu -Fotolar
  • BNA-da Qurtuluş Günü qeyd olundu -Fotolar
  • BNA-da Qurtuluş Günü qeyd olundu -Fotolar
  • BNA-da Qurtuluş Günü qeyd olundu -Fotolar
  • BNA-da Qurtuluş Günü qeyd olundu -Fotolar
  • BNA-da Qurtuluş Günü qeyd olundu -Fotolar