Məşhur fransız aktyoru Alen Delon insult keçirib.

Unikal.org  BFM TV-yə istinadən xəbər verir ki, o, təcili olaraq Neyi Sür Sen şəhərindəki hospitala yerləşdirilib.

Bir çox film və tamaşalarda oynamış 83 yaşlı sənətkar daha çox “Rokko və qardaşları” (1960), “Samurai” (1967), “Şəhərdə iki nəfər” (1973) filmlərdə yaratdığı rollara görə şöhrət qazanıb.