Bakıda atasını öldürən Laçın Novruzov Ali Məhkəməyə müraciət edib. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, L. Novruzov məhkəməyə ünvanladığı kassiya şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Şikayət hakim Tahir Kazımovun icraatına verilib. Məhkəmə baxışı yaxın günlərdə təyin ediləcək. 

Qeyd edə ki, qətl 2017-ci ilin yanvarın 4-də, gecə saat 23:00-da Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində baş verib. Laçın Novruzov yaşadıqları evdə 1965-ci il təvəllüdlü atası Mehman Məmmədovla mübahisə edib. Mübahisə Mehman Məmmədovun içki içməsindən qaynaqlanıb. Laçın atasına 20 bıçaq zərbəsi endirib. Mehman hadisə yerində vəfat edib. 
Asəf Zeynallı adına Musiqi Kollecinin 3-cü kurs tələbəsi olan Laçın Novruzov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Laçın Novruzov 10 il müddətə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxsin şikayətini təmin etməyib.