Bakıda ötən gecə 20 yaşlı gənc ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.

Unikal.org xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 ünvanında baş verib:

"Təcili yardım həkimləri ünvana gələn zaman yaralının vəziyyəti çox ağır olub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib". 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.