Gəncədə mənzildən 2 min dollar pul oğurlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumatına görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 6-da Gəncə şəhəri ərazisindəki evlərin birindən 2000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar M.Tağıyev, X.Qarayev və M.Həsənov saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.