17 Oktyabr 2019
"Xəstə olduğum üçün məni xınaya çağırmırlar" - Tünzalə
"Xəstə olduğum üçün məni xınaya çağırmırlar" -Tünzalə MƏDƏNİYYƏT-ŞOU 13:36 2019-06-15

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva artıq xına məclislərinə dəvət edilmədiyini söyləyib.

Unikal.org  xəbər verir ki, lent.az-ın canlı yayımına qonaq olan aktrisa biznesinin bağlandığını deyib:

"Xəstəliyim olan gündən xınalara çağırmadılar. Yəqin, valideynlər deyir ki, bu xəstə gəlib bizə nə arzu edəcək? Ayaqüstəyəm, danışa bilirəm. Təkcə saçım yoxdur. Nə olsun? Toya gedirsən ən az 5 nəfərin başında parikdir. Onsuz xınada yaylıq örtürəm. Yenə də onları qınamıram. Amma bu iş məndə bağlandı. Əminəm ki, xəstəliklə bağlı oldu".