İtaliyalı rejissor Franko Dzeffirelli 96 yaşında vəfat edib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, bu barədə Florensiya şəhərinin meri Dario Nardella bildirib.

F.Dzeffirelinin filmoqrafiyasına, təxminən, 20 kino daxildir.

O, 1977-ci ildə "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeni ilə mükafatlandırılıb. 2004-cü ildə mərhum rejissor Britaniya imperiyasının ser və cəngavər-komandor ordeni ilə təltif edilib. F.Dzeffirelli Böyük Britaniyada cəngavər adı alan ilk İtaliya vətəndaşı olub.