Kürdəmir rayonunda yol qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı iki minik avtomobili toqquşub. Xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.