05 Dekabr 2019
Bakıda FACİƏ: fəhlə binadan yıxıldı...
Bakıda FACİƏ:fəhlə binadan yıxıldı... HADİSƏ 18:11 2019-06-15

Bakıda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış massivində tikilməkdə olan çoxmərtəbəli binada qeydə alınıb. Orada fəhlə işləyən şəxs (ad-soyad hələlik məlum deyil) 8-ci mərtəbədən yıxılaraq ölüb. Onun meyiti beton panellərin arasında qaldığı üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.