İyunun 15-də Muay-Tay üzrə 2019-cu il seminarını bitirən idmançı-məşqçilərə "Xan" dərəcəsi verilib.

Unikal.org-un məlumatına görə, AMF prezidenti, muaytay üzrə 14-cü Xan Azər Həsənsoy seminarda  ilk olaraq "Qurtuluş gününün"   tarixi və əhəmiyyəti barədə iştirakçılara məlumat verib: 
"15 iyun - Milli Qurtuluş günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm.
"Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün də  Azərbaycan xalqı həmin tarixi Milli Qurtuluş Günü kimi qəbul etməkdədir.

Çünki məhz həmin gün Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə gəlib.    
Hakimiyyətə gələn Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bilib. 
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı 
uğurlu gələcəyin 
təməli qoyulub.
Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu diqqətə çatdırıb. 
Sonda federasiya prezidenti A.Həsənsoy  dərəcə alanları təltif edib.