Prezident İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Forumda iştirak edib
Prezident İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Forumda iştirak edib

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Ölkə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib. Forumun həmtəsisçiləri Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putindir. Dövlət başçısı İlham Əliyev Forumun açılışında çıxış edib. Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy prezident Vladimir Putinin təbrik məktubunu oxuyub. UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanında daimi nümayəndəsi xanım Katalin Boqyay çıxış edib.
UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forumun iştirakçılarına video müraciəti təqdim olunub. Sonra İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edib.
Daha sonra Azərbaycan haqqında film nümayiş olunub. Açılış mərasimi başa çatdıqdan sonra Forumun iştirakçıları prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdiriblər. Forum işini plenar iclasla davam etdirir.