Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli yaşayış binası yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, rayonda üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və divar kağızı 18 m² sahədə yanıb. Yüksək temperaturdan televizor və lambirindən ibarət tavan 3 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.