Gürcüstanın Tbkibuli rayonunun Dzirovani kəndi ərazisində meşə yanğını baş verib.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.

Alovun sönüdürülməsinə Tkibuli ilə yanaşı, Kutaisi şəhərindən də yanğınsöndürənlər və xüsusi texnika cəlb edilib.

Güclü külək yanğının daha geniş əraziyə yayılmasına səbəb olub. Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.