15 Oktyabr 2019
14 Oktyabr 2019
Ağdamda zəncirvarı qəza baş verdi - 51 yaşlı qadın xəsarət aldı
Ağdamda zəncirvarı qəza baş verdi -51 yaşlı qadın xəsarət aldı HADİSƏ 17:54 2019-06-16

Ağdamda zəncirvarı qəza baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan “VAZ 2106" markalı "10 CJ 723" dövlət nömrə nişanlı avtomobil işıqforun qırmızı işığında yüksək sürətlə keçərkən “Mercedes” markalı "90 FJ 498" dövlət nömrə nişanlı avtomobillə toqquşub.Zərbənin təsirindən “Mercedes” markalı avtomobil hərəkətdə olan “VAZ 2107" markalı "10 MZ 286" dovlət nömrəli avtomobilə çırpılıb.

Qəza zamanı “Mercedes” markalı avtomobilin sərnişini 1968-ci il təvəllüdlü Ağdam rayon Üçoğlan kənd sakini Allahverdiyeva Afər Üzeyir qızı xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


  • Ağdamda zəncirvarı qəza baş verdi -51 yaşlı qadın xəsarət aldı
  • Ağdamda zəncirvarı qəza baş verdi -51 yaşlı qadın xəsarət aldı
  • Ağdamda zəncirvarı qəza baş verdi -51 yaşlı qadın xəsarət aldı
  • Ağdamda zəncirvarı qəza baş verdi -51 yaşlı qadın xəsarət aldı