22 Sentyabr 2019
21 Sentyabr 2019
Güclü külək və dolu nəticəsində 10 nəfər xəsarət aldı
Güclü külək və dolu nəticəsində 10 nəfər xəsarət aldı DÜNYA 18:57 2019-06-16

Fransanın cənub-şərqində yerləşən Drom departamentində güclü külək və dolu nəticəsində 10 nəfər yüngül xəsarətlər alıb.

Unikal.org  "TASS"a istinadən xəbər verir ki, bu barədə Drom departamentinin prefekturasından bildiriblər.

Məlumatda deyilir: "Azı 10 sakin yüngül xəsarətlər alıb. Çox sayda binaya ziyan dəyib - mənzillərin pəncərələri qırılıb".

Qeyd edilir ki, əlverişsiz hava şəraiti bir neçə avtomobil yolunda nəqliyyatın hərəkətində də problemlər yaradıb. Bundan əlavə, Şamberi və Qrenobl şəhərləri arasında qatarların hərəkiti də dayandırılıb.