25 Avqust 2019
24 Avqust 2019
Göygöldə mikroavtobus aşdı - Yenilənib
Göygöldə mikroavtobus aşdı -Yenilənib HADİSƏ 21:27 2019-06-16

Sürücünün idarəetməni itirməsi nəticəsində aşan mikoavtobusda 10-a yaxın sərnişin olub.

Unikal.org xəbər verir ki, onlardan bir nəfəri - 1999-cu il təvəllüdlü, İbrahimov Qələndər xəsarət alıb.

Kənd sakinlərinin sözlərinə görə, mikroavtobuzdakı ailə və qohumlardan ibarət sərnişinlər ad günü məclisindən gəlirlərmiş. 

****

20:43

 

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Belə ki,  hərəkətdə olan “Mersedez” (sprinter) markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində xəsarət alan sərnişinlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.Hadisə yerinə hüquq-mühahizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.