Bakıda oteldə yanğın baş verib.
 
Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 420 kv. m olan otelin otağında 1 kv. m sahədə divar kağızı yanıb.
 
Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.