Lənkəran rayonunda çaydan meyit tapılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.