Tovuzda evdən külli miqdarda oğurluq olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Əhməd Cavad küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan rayon sakini Mira Novruzovanın evinə naməlum şəxslər daxil olub. Ev sahibinin sözlərinə görə, cinayətkarlar evdən 20 min manata yaxın pul aparıblar. Hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə məlumat verilib.