Xəbər verdiyimiz kimi,  Ağstafa rayonunda keçmiş məhkum üç nəfəri güllələyərək qətlə yetirib. Böyük Kəsik kəndi ərazisində  nəsillər arasındakı köhnə ədavət cəzaçəkmə müəssisəsindən yeni qayıdan şəxsə görə qızışıb.

Ağstafada kütləvi qətl törədən şəxsin və ölənlərin adları məlum olub.

Unikal.org-un məlumatına görə, kütləvi dava zamanı insanlara oldu silahdan atəş açan şəxs 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğludur.

Ölənlərin 3-ü bir ailənin üzvləridir. Bunlar Musayeva Şərqiyyə, Musayev Şəmsəddin və Musayev Novruzdur. Ölən digər şəxsin adı dəqiqləşdirilir.

Xatırladaq ki, Ağstafadakı kütləvi dava zamanı 2 nəfər saxlanılıb. 

****

Qafqazinfo-nun məlumatına görə, 1960-cı il təvəllüdlü Cəlilova Zeynəb isə təsadüfən açılan atəşin qurbanı olub. Yaralananlar Sadıqlı kənd sakini 1964-cü il təvəllüdlü Əhmədova Lilpar, 1999-cu il təvəllüdlü İbrahim Abdullayev, 1951-ci il təvəlılüdlü Nüsrət İsayev və 1961-ci il təvəllüdlü Rəsul Həsənovdur. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, cinayətin səbəbi ailələr arasına olan qan davasıdır. Fərrux, Novruz və digər qardaş 2007-ci il ildə Elnurun atası və əmisini qətlə yetiriblər. O vaxtdan bəri ailələr arasında qan davası olub. Dünyalarını dəyişən Fərrux və Novruz bir müddət əvvəl həbsdən çıxıblar. Üçüncü qardaşları isə hələ də həbsdədir.