“Ayaks”ın futbolçusu David Neres gələcək karyerasıyla bağlı danışıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı oyunçu İngiltərə Premyer Liqasında oynamaq istədiyini deyib:

“Hazırda meydandakı işlərimə diqqət edirəm və transfer işləri ilə məşğul olmuram. Bunlarla menecerim özü məşğul olur. Premyer Liqada oynamaq yaxşı fikirdir. Dünyanın ən yaxşı liqasıdır və həmişə orda oynamaq istəmişəm”.

Nereslə İngiltərədən “Çelsi” və “Arsenal” yaxından maraqlanır.