22 Avqust 2019
21 Avqust 2019
"Mən Azərbaycanın Madonnasıyam" - Xatun (VİDEO)
"Mən Azərbaycanın Madonnasıyam"- Xatun (VİDEO) MƏDƏNİYYƏT-ŞOU 16:26 2019-06-17

Müğənni Xatun Əliyeva ARB-nin "Səhər-səhər" proqramında özünü dünya ulduzu Madonna ilə müqayisə edib.

Unikal.org xəbər verir ki, sənətçi prodüseri Pənah Hüseynin onu filmə çəkəcəyini və ev alacağını deyib.

Aparıcı Elgiz Əkbər onun bu sözlərinı bu reaksiyanı verib: "Sizin nə münasibətiniz var ki, ev alsın? Hansı prodüser müğənniyə ev alar?"

Xatun aparıcının sualını belə cavablandırıb: "Niyə? Xaricdə bilirsiz prodüserlər müğənnilər üüçün nələr edirlər? Madonnanın prodüserini gördüz nələr etdi?".

Elgiz təəccüblə "Sən Madonnasan?" deyə soruşarkən, müğənni "Bəli, Madonnayam. Mən Azərbaycanın Madonnasıyam", cavabını verib.