"Avroviziya-2011" müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov LGBT hərəkatını (Lezbiyan, Gey, Biseksual, Transgender) dəstəkləyən addım atıb.

Unikal.org "qafqazinfo"ya istinadən xəbər verir ki, ifaçı İnstaqram səhifəsində paylaşdığı fotoya "Sevgi səhv olmur" şərhini və LGBT-ni ifadə edən müxtəlif həştəqlər qeyd edib.

Xatırladaq ki, ötən günlərdə Əməkdar artist Röya Ayxan da sosial şəbəkə hesabında LGBT-ni dəstəkləyən paylaşım etmişdi.