Abşeron rayonunda zavodda bədbəxt hadisə zamanı qadın ağır xəsarət alıb.

Unikal.org APA-ya istinadən  xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

1957-ci il təvəllüdlü İsayeva Gülbahar Yunis qızı zavodda iş görərkən ehtiyatsızlıq nəticəsində mişar dəzgahı onun baş nahiyəsinə ağır xəsarət yetirib. Qadın təcili xəstəxanaya yerləşdirilib. Ona başının böyük skalp olunmuş yarası diaqnozu qoyulub.