Ötən gün axşam saatlarında Bakının Nizami rayonu ərazisində zəncirvari qəza baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, paytaxtın Qara Qarayev prospektinin Şirin Mirzəyev ("Q.Qarayev" metrosu) və R.Rüstəmov ("Neftçilər" metrosu) küçələri arasında yerləşən hissəsində təqribən 5 minik avtomobili toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.