Aparıcı-aktyor İlkin Həsənli verdiyi saxta pula görə vətəndaş saxlanıldı.

Unikal.org xəbər verir ki, İlkin Həsənli  “sorğu-sual” yotube səhifəsinə verdiyi müsahibədə “Bozbaş pikçers”in çəkilişlərində ən yadda qalan hadisəni danışıb. 

“Serial çəkilişində saxta puldan istifadə edirdik. Bu saxta pulları (rubl, avro, dollar) rusiyadan almışdıq. Amma, bu pulların üzərində saxta olmasına dair bildiriş var idi. Bir gün  “Bozbaş pikçers”in çəkilişində bu pullardan istifadə etdik. Daha sonra restorana gəldik. Restoranda ofisant Ramil Babayevlə (Şöhrət) zarafatlaşdı. Bundan sonra Ramil ofisanta bildirdi ki, qardaş görürəm yumor hissin güclüdür. Yeməkdən sonra sənə “çayavoy” verəcəm. Ramil Babayev ofisanta “100 dollar” pul verdi. O, bunu götürmək istəmirdi, Ramil məcburən “pulu” ona verdi. Bundan sonra biz restoranı tərk etdik. Elə bildik ki, ofisant pula baxdıqdan sonra saxta olduğunu biləcək. Bir neçə vaxt keçdikdən sonra restoranın administratorundan mənə zəng gəldi. Dedi ki, ay qardaş siz neynəmisiz? Dedim, nə olub? Bildirdi ki, ofisantımız valyuta dəyişmə məntəqəsinə gedib. Sizin vediyiniz pul saxta olduğuna görə, onu saxlayıblar. Hadisə yerinə polis çağrılıb”. 

İlkin Həsənli  əlavə edib ki, təcili olaraq hadisə ilə bağlı “Exchange”in rəhbəri ilə danışıb: “Onlarla başa saldım ki, saxta pulu biz vermişik. Bundan sonra ofisant Ramilə zəng etdi.  Gülə-gülə dedi ki, bir-bir oldu”.