Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri vəzifəsinə təyinat olub.

Unikal.org  xəbər verir ki, bu vəzifə Saçxere klinikasının direktoru Yekaterina Tikaradzeyə həvalə edilib. 

Qeyd edək ki, Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə Davit Sergeenko bu gün vəzifəsindən istefa verib. O, 2012-ci ilin oktyabrından bu vəzifəni tutub.