Xəbər verdiyimiz kimi, dünən məhkəmə zalında vəfat edən Misirin sabiq prezidenti Məhəmməd Mursi gizli şəkildə dəfn edilib.

Unikal.org arabic-a istinadən xəbər verir ki, Mursi Qahirənin şərqindəki qəbiristanlıqda gizli şəkildə dəfn edilib.

Təhlükəsizlik qüvvələrinin nəzarəti altında Mursinin cənazəsi ailəsi və vəkilinin iştirakı ilə dəfn edilib. Misir mətbuatı artıq Mursinin gizli dəfnindən şəkillər yayımlamağa başlayıblar.