Bu saatlarda Gəncə şəhərində 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu ona məxsus “VAZ 2107” markalı avtomobildə huşsuz vəziyyətdə yoldaşları tərəfindən Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, yerli bürosunun məlumatına görə, T.Teymurov Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinin həkimi tərəfindən müayinə edilib.

Həkim xəstəyə baxdıqda gəncin öldüyünü bildirib. Bu zaman gənci gətirən naməlum şəxslər hadisə yerindən qaçıblar. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Əldə edilən məlumatıa görə, T.Teymurovun narkotik aludəçisi olduğu bildirilir. Elə onun bu səbəbdən öldüyü deyilir. 

Faktla bağlı araşdırna aparılır.

20:39

Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının girişinə naməlum kişi meyiti atılıb.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsinin girişində “Vaz 21 07” markalı avtomobildə 20-30 yaş arası kişinin meyiti aşkarlanıb.

Meyiti gətirənlər qaçıblar.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.