Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 20-də İrana səfər edəcək.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, səfər İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin dəvəti üzrə həyata keçiriləcək.

Bildirilib ki, Mövlud Çavuşoğlu ilk dəfə keçirilməsi gözlənilən İran-Türkiyə Strateji Ortaq Planlaşdırma Komissiyasının Toplantısında iştirak etmək üçün İsfahan şəhərinə gedəcək. Tədbir iyunun 21-də keçiriləcək.